Brusellyoz insana xırda buynuzlu heyvanlardan, süd, qatıq, pendir vasitəsi ilə daha tez yayıla bilir. Bunun qarşısını almaq üçün Ağstafada bu günə qədər 141 min 700 doza vaksindən 37 min 800-ü istifadə edilib.
Rayon baytarlıq idarəsindən bildiriblər ki, “Rev 1” vaksini gözə damcı üsulu ilə tətbiq edilir və heyvanda 5 il müddətinə xəstəliyə qarşı immunitet yaradır. Rayonun Gürcüstan və Ermənistan ilə həmsərhəd olması xəstəlik riskini daha da artırır. Bunu nəzərə alan baytarlar iyunun 10-a qədər peyvəndləmə işini yekunlaşdırmağı planlaşdırırlar.
Qeyd edək ki, Ağstafada 173 mindən çox xırda buynuzlu heyvan var.
azertag.az