Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Rəşid Behbudova həsr olunmuş “Nəğmə dolu bir ürək” adlı tədbir keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, tədbirdə SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında məlumat verilib, onun ifaçılıq sənətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Sonra məktəbin müəllim və şagird kollektivinin ifasında konsert olub. Konsertin proqramına Rəşid Behbudovun repertuarından mahnılar daxil edilib.
azertag.az