Monteneqronun "Montenegro Airlines" aviaşirkəti Tivat- Bakı-Tivat çarter reysini açır.
Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan verilən məlumata görə, uçuşlar iyunun 21-də açılacaq və sentyabrın əvvəlində başa çatacaq.
Məlumata görə, uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Biletin dəyəri, hoteldə qalma və digər xidmətləri özündə ehtiva edən turpaketin qiyməti 600 avrodan başlayır.
Qeyd edək ki, "Montenegro Airlines" artıq bir neçə ildir ki, Monteneqro ilə Azərbaycan arasında çarter reysləri həyata keçirir.
report.az