Dövlət Uşaq Filarmoniyası “Rəqsə səyahət” konsert proqramı ilə çıxış edəcək
24.5.2016

Mayın 31-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dövlət Uşaq Filarmoniyası “Rəqsə səyahət” adlı konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Dövlət Uşaq Filarmoniyasının nəzdində 1991-ci ildən fəaliyyət göstərən rəqs ansamblında 4 yaşından 16 yaşınadək uşaq və yeniyetmələrə Azərbaycan və dünya xalqlarının rəqsləri öyrədilir. Ansambl bir çox müsabiqələrdə iştirak edib və müxtəlif mükafatlara layiq görülüb.

azertag.az