Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gələn həftənin sonlarına kimi davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, iyunun 30-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər saatlarında qısamüddətli yağışlar yağacaq. Gün ərzində hava əsasən dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər güclənəcək. Havanın temperaturu gündüz saatlarında 22-27, gecə 18-20 dərəcə olacaq.
İyulun 1-2-də isə hava əsasən dəyişkən buludu, yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-20, gündüz 22-27 dərəcə təşkil edəcək.
Azərbaycanın bölgələrində iyunun 30-da, iyulun 1 və 2-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış intensiv olacaq. Aran rayonlarında temperatur 24-29, dağlıq rayonlarda 14-19 dərəcə olacaq. İyulun 1 və 2-də Aran rayonlarında havanın temperaturunun 25-30, dağlıq rayonlarda isə 15-20 dərəcə olacağı proqnozlaşdırılır.
APA