Füzuli Dövlət Dram Teatrında Cahangir Məmmədovun “Günəş zindanda” əsərinə daxili baxış keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, Məryəm Məmmədova, Elçin Məmmədov və başqaları iştirak edirlər.
Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
azertag.az