Gənc bəstəkarların plenumu çərçivəsində konsert olub
24.5.2016

Mayın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində konsert proqramı təşkil olunub.

Konsertdə gənc bəstəkarların “Rezonans”, trio üçün “Yuxulu nonnakord”, solo konsert üçün “Performing Notes”, violonçel və simli orkestr üçün “Xocalıya ithaf”, piano və simli orkestr üçün “Qarışıq səslərin ahəngi” və başqa əsərləri səsləndirilib.

Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, plenum çərçivəsində həyata keçən tədbirlər mayın 25-dək davam edəcək.

azertag.az