Mayın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İllüziya şou”su, Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda “Göyçək Fatma” tamaşaları nümayiş etdirilib.
Yay aylarında açıq havada şənbə və bazar günləri Səbail rayonunda yerləşən Xaqani bağında teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaq.
azertag.az