Mayın 25-də Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət və Ədəbiyyat Federasiyasının birgə təşkilatçılığı ilə Şəkidə yazıçı, şair və KİV nümayəndələrinin görüşü keçiriləcək.
AYB-dən bildirilib ki, nümayəndə heyəti Şəkinin tarixi və mədəniyyət abidələri ilə tanış olacaq, bölgə haqqında ətraflı məlumatlandırılacaq.
Türkiyəli qonaqlarla mayın 26-da AYB-də, 27-də Azərbaycan Dillər Universitetində, Atatürk Mərkəzində tədbirlər keçiriləcək, tarixi məkanlara ekskursiya təşkil olunacaq. Tədbirlərin məqsədi Türkiyə və Azərbaycanın ədəbiyyat, incəsənət xadimləri və müasir KİV-lər arasında əlaqələri genişləndirməkdir.
azertag.az