Respublika Diaqnostika Mərkəzi (RDM) əhalinin hepatitlərə görə ödənişsiz müayinələrinə başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaqdır. Aksiyada sağlamlığının düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr bir ay davam edəcək.
Müayinələrdən keçən şəxslər xaricdə təhsil alan həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrə 20 faiz endirimdən də faydalana biləcəklər.
Qeyd edək ki, Mərkəzdə analoji aksiyalar dəfələrlə təşkil olunub.
azertag.az