Azərbaycanda magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb
29.6.2012

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçiminə ayrılmış vaxtı uzadıb.

Komissiyadan cümə günü verilən məlumata görə, ixtisas seçiminə ayrılmış vaxt iyunun 30-u saat 12:00-dək uzadılıb.

İndiyədək 500 nəfərə yaxın bakalavr ixtisas seçimi aparıb, lakin elektron ərizələrini təsdiq etməyiblər.

Həmin bakalavrlar qeyd olunan müddətədək elektron ərizələrini təsdiq etməlidirlər. Əks halda onlar müsabiqəyə buraxılmayacaqlar.

Trend