Gənc bəstəkarların plenumu çərçivəsində növbəti konsert
25.5.2016

Mayın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində konsert təşkil olunub.

Konsertdə gənc bəstəkarlar İlahə İsrafilova “Mən sevirəm”, “Fikir qanadları”, “Gecələr”, Kamran Nəsirov “Fortepiano üçün pyeslər”, Nərminə Nağıyeva klarnet və fortepiano üçün “The time”, Sevinc Əliyeva “Trio”, Vəfa Bağırzadə simli kvartet üçün “4 pyes”, Cəmilə Əyyubova “Skertso”, Sevda Rəhimova “Küləklər”, “Dağ çiçəkləri” və digər əsərləri səsləndiriblər.

Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, plenum çərçivəsində tədbirlər mayın 25-dək davam edəcək.

azertag.az