“Azercell” fakturalı xətt abunəçiləri üçün yeni kampaniyaya başlayıb
25.5.2016

“Azercell Telekom” fakturalı xətt abunəçiləri üçün “Samsung S6 Edge“ kampaniyasına başlayıb.

Şirkətdən bildirilib ki, kampaniya çərçivəsində bütün mövcud və “Azercell” şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri “Azercell Ekspres” ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə bilər.

Daha ətraflı məlumatı www.azercell.com saytından əldə etmək olar.

azertag.az