Kapital Bank-ın Visa kartları ilə "Arzularınızın səyahətini qazanın"
25.5.2016

Kapital Bank-ın Visa Gold və Visa Platinum kart sahibləri "Arzularınızın səyahətinin qazanın" aksiyasında iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. Bankdan verilən məlumata görə, Visa-nın Premium kartları ilə alış-veriş etdikdə 6 ədəd səyahət paketi və 120 ədəd Sabina parfümeriya və kosmetika mağazalarına kupon əldə etmək olar.

Aksiyanın şərtlərinə görə müştərilər, ən azı 50 AZN-lik nağdsız ödəniş etməli, bu ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirməli və ödənişin qəbzini özündə saxlamalıdırlar. Aksiya 31 iyul 2016-cı il tarixədək davam edəcək. Aksiya barədə ətraflı məlumat üçün https://www.visa-promotions.com/promotions/premiumaz/register.jsp

Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

trend.az