Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılan “ASAN ödəniş” sistemi iki gün işləməyəcək.
Bu barədə agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Məlumata görə, may ayının 26-27-də görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılan “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək. Həmçinin, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq.
Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.
report.az