Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlir. Bu barədə teatrın baş rejissoru Ər-toğrul Kamalov məlumat verib.
Teatr iyunun 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Ər-toğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
Tamaşada keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqlilikləri əks etdirilb.
report.az