Kosmosdan qadın qayıtdı
29.6.2012

Çinli kosmonavtlar, daha doğrusu, "taykonavtlar" Çinin Daxili Monqolustan bölgəsində yerə eniblər. Taykonavtlar özlərini yaxşı hiss edirlər.

Kosmosda iki həftə qalmış taykonavtların qayıdış prosesinin Çin Dövlət Şurasının baş naziri Ven Szayabao izləyib.

Heyətində 3 taykonavt olan "Şençjou-9" aparatı orbitə iyunun 19-da çıxarılmışdı.

Taykonavtlar çin tarixində ilk dəfə iki orbital aparatı birləşdiriblər. Daha konkret olsaq, taykonavtlar "Şençjou-9" və "Tyanqun-1" orbital modulunu yaxınlaşdıraraq birləşdiriblər. Eyni zamanda, taykonavtlar orbitdə müxtəlif elmi eksperimentlər də aparıblar.

Çin tarixində ilk qadın kosmonavt Hərbi-Hava Qüvvələrinin 33 yaşlı mayoru Lyu Yan idi.

O, ölkənin şimal-şərqindəki Çançun şəhərində yerləşən hərbi məktəbi bitirib, 2010-cu ilin mayında təyyarəçi-kosmonavtlar dəstəsinə daxil edilib.

"Şençjou-9"da onunla yanaşı, komandir Szin Haypen və taykonavt Lyu Van da yollanmışdılar.

Milli.Az