Xəstəliyi tapan eynək hazırlandı
29.6.2012

Amerikalı alimlər pasiyentin emosional və fiziki durumunu təyin edən eynək hazırlayıblar. "Al Labs" şirkətində hazırlanmış bu eynək insanın əhvalındakı ani dəyişiklikləri belə müəyyənləşdirir.

Qandakı hemoqlobin və hüceyrələrin oksigenlə doyma səviyyəsindən asılı olaraq eynəyin linzaları yaşıldan başlayaraq qırmızıya qədər rəngini dəyişir. Yaşıl rəng qanda şəkər miqdarının aşağı düşməsi, ağrılar, təşvişli durumu göstərir.

Qırmızı rəng isə aqressiyaya dəlalət edir. Alimlər üç müxtəlif məsələnin həlli üçün eynəyə 3 fərqli süzgəc hazırlayıblar. Birinci süzgəc həkimlərə pasiyentin bədənində damarları tapmağa kömək edir. İkinci süzgəc pasiyentin travmaya məruz qalıb-qalmadığını göstərir: bu hal hemoqlobinə mütləq təsir edir.

Üçüncü süzgəc isə müayinəyə gəlmiş xəstəyə ilkin baxış üçündür.

Dünyada ilk "xəstəlik tapan" eynək Nyu-Yorkdakı iki klinikada sınaqlardan keçirilir.

Milli.Az