Bu gün futbol üzrə Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Komandalar Avstriyanın Bad Erlah şəhərində üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu, Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın 2016-cı ildə ikinci yoldaşlıq oyunu olacaq. Türkiyə toplanışı çərçivəsində Qazaxıstanla qarşılaşan milli komanda 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olan milli hazırlığı iyunun 4-də başa vuracaq. Toplanış çərçivəsində digər rəqiblər Makedoniya (29 may) və Kanada (3 iyun) yığmaları olacaq.
report.az