Azərbaycan Dövlət Musiqili Teatrının balet artisti Cəlalə Novruzlu Qəmər Almaszadə adına “Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də ücüncü yeri tutub.
Bu barədə Musiqili Teatrından məlumat verilib.
Xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən SSRİ xalq artisti Qəmər Almaszadə adına “Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Qazaxıstan, Litva və İrandan olan balet ustaları iştirak edib.
Müsabiqənin münsiflər heyətində xalq artistləri Rəfiqə Axundova, Afaq Məlikova, Rusiyanın xalq artisti Dikalu Muzakayev, Litvanın əməkdar artisti Petras Skirmantas və Azərbaycanın əməkdar mədəniyyət işçisi Dilarə Əliyeva təmsil olunub.
report.az