Mayın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar İncəsənət Xadimi, professor Oqtay Abbasquliyevin xatirəsinə həsr olunmuş solo-konsert keçirilib.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatı, solist Tofiq Şıxıyev çıxış edib.
Proqramda L.Bethoven, F.Şopen, F.List, S.Raxmaninov kimi sənətkarların əsərlərindən kompozisiyalar səsləndirilib.
Gənc ifaçının çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
azertag.az