Mayın 26-da 163 nömrəli orta məktəbdə 28 May – Respublika Gününə həsr olunmuş sərgi-tədbir təşkil edilib.
Tədbir Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə keçirilib.
Sərgidə muzeyinin fondunda saxlanılan, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunub.
Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Pərvanə Hüseynova 28 may – Respublika Gününün tarixi barədə qonaqlara ətraflı məlumat verib.
Məktəbin direktoru Afət Qafarlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olduğunu qeyd edib, dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlardan söz açıb.
Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib.
azertag.az