Milli İncəsənət Muzeyində Respublika Günü qeyd olunub
27.5.2016

Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin bədii kollektivinin iştirakı ilə 28 May - Respublika Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertdə Xalq Çalğı Alətləri Ansamblının ifasında “Qarabağ şikəstəsi” və “Heyratı” zərbi muğamı, “Gülgəzim” saz ansamblının ifasında “Gözəlləmə”, “Paşa köçdü”, “Şirvan gözəlləməsi” və “Sərayi” saz havaları, Qənbər Hüseynlinin “Ay işığnda”, Səid Rüstəmovun “Qaytağı” və Leonid Koçetovun “Caz notları” və başqa musiqi əsərləri səsləndirilib.

Konsert proqramı mayın 27-dək davam edəcək.

azertag.az