Azərbaycanlı müğənninin mahnısı Rusiya hit-paradlarında - Video
2.7.2012

Anar Bəylərin ifasında səslənən “Oyansın xəritələr” mahnısı və bu mahnıya çəkilmiş klip Rusiya hit-paradlarında yayımlanır.

“Oyansın xəritələr” mahnısının klipinin çəkilişi Ukraynada reallaşıb və klipin premyerası Rusiyanın məşhur Youtube kanalı olan “Ello TV”də olmuşdu.

Bunun ardından klip ölkədən kənar bir çox TV kanallarda yayıma başlayıb və həmçinin radio dalğalarda da yayımına start verilib.

İlk olaraq “MusicBox” və “RuTV” ekranlarında yayımlanan klip, bunun ardından Avstraliya musiqi kanalı olan “RTV” kanalında da yayımı edilib.

Həmçinin Rusiyada və Avropada tanınmış “Europa Plus TV” və “Radio Europa Plus”da “Oyansın xəritələr” mahnısının yayımına başlanılıb.

“Europa Plus”da ən yaxşı mahnı nominasiyası ilə hit-paradda iştirak edən Anar Bəylərlə yanaşı, dünya ulduzları Kris Braun, Alisia Keys, Adam Lambert, Dima Bilan, tanınmış qrup “One Direction” və başqaları da yer alıblar.

gun.az