Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Ən yaxşı yazı” müsabiqəsinə start verib.
ATGTİ-dən bildiriblər ki, müsabiqədə hekayə, şeir, məqalə yazmaq bacarığı olan gənclər iştirak edə bilərlər. Qaydalara əsasən, on ən yaxşı yazının müəllifi mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər yazıların iki nüsxəsini və fotoşəkillərini iyunun 12-dək musabiqe@atgti.az ünvanına göndərməlidirlər.
azertag.az