“Danas” qəzeti: Azərbaycan - Şərqin mədəniyyət flaqmanı
27.5.2016

Serbiyanın geniş oxucu kütləsinə malik gündəlik “Danas” qəzetində Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad şəhərinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin “Azərbaycan – Şərqin mədəniyyət flaqmanı” adlı məqaləsi nəşr olunub.

Məqalədə bir neçə gündən sonra 28 May – Respublika Gününü qeyd edəcək Azərbaycanın ədəbiyyatı, musiqisi və memarlığı haqqında oxuculara maraqlı məlumatlar verilir, mədəniyyət sahəsində ölkəmizin Şərqdə bir çox ilklərə imza atması diqqətə çatdırılır.

azertag.az