"AtaBank" "Visa Gold" və "Visa Platinum" kart sahibləri üçün "Arzularınızın səyahətini qazanın" adlı stimullaşdırıcı lotereya keçirir.
Bankdan bildiriblər ki, iyulun 31-dək davam edəcək lotereya "AtaBank" ASC-nin müştərilərinə dəyərli hədiyyələr qazandıracaq. Lotereyaya qoşulmaq istəyənlər "Visa Gold" və ya "Visa Platinum" ödəniş kartları ilə Azərbaycan ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin internet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 manat məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereyanın iştirakçısına çevrilir. Müştəri POS-terminal vasitəsilə etdiyi ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edir.
Lotereyada hər biri 6350 manat həcmində 6 səyahət paketindən başqa, "Sabina Perfumery&Cosmetics" mağazasından hər biri 50 manat olan 120 kupon oynanılacaq.
Lotereyanın şərtləri haqqında ətraflı məlumatı https://www.visa- promotions.com/promotions/premiumaz/register.jsp saytından əldə etmək olar.
azertag.az