Azərbaycan Dövlət Filarmoniyasında konsert
31.5.2016

İyunun 3-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq Artisti, professor Yeganə Axundova konsert proqramı ilə çıxış edəcək.

Akademiyanın mətbuat xidmətindən bildirilib ki, konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq. Konsertdə dünya şöhrətli bəstəkarlar Manuel de Falyanın “İspan bağlarında gecələr”, Edvard Qriqin “Simfonik rəqslər” və “Norveç rəqsləri” əsərləri səsləndiriləcək. Orkestrə Əməkdar İncəsənət Xadimi Elşad Bağırov dirijorluq edəcək.

azertag.az