Rəşid Behbudov adına Mahnı Tatrında Azərbaycanın özəl teatrı "Moy teatr"ın ("Mənim teatrım") yeni - "Tıq-tıq xanım" tamaşasının premyerası olub. Tamaşa şair, yazıçı, dramaturq Abdulla Şaiqin eyniadlı mənzum nağılı əsasında, fərqli biçimdə ərsəyə gəlib.
Tamaşaya teatrın bədii rəhbəri, əməkdar artist Vidadi Həsənov quruluş verilib. Gənc aktyorlar - Günay Əhməd, Amid Qasımov, Oqtay Mehdiyev, Vüqar Hacıyev, Ziya Ağa və Elgün Həmidovun oynadığı tamaşada milli və dünya musiqisi nümunələrindən istifadə edilib.
Tamaşa təkcə uşaqlar deyil, valideynlər tərəfindən də rəğbətlə qarşılanıb.
report.az