Göygöl rayonunda yeni otel tikiləcəkdir
2.7.2012

Göygöl rayonunda turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yeni otel tikiləcəkdir.

Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə yeni otelin inşası üçün yer ayrılmışdır. Müasir standartlara cavab verəcək oteldə turistlərin istirahəti üçün hər cür şərait olacaqdır.