Məşhur Hollivud ulduzu Aziya Arcanti də “Bakı, mən səni sevirəm!” layihəsində iştirak edəcək.
Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın verdiyi məlumata görə, A. Arcanti çəkilişlərlə əlaqədar iyunun 29-da Bakıya gəlib.
Qeyd edək ki, Rusiya, Belarus, Litva, Portuqaliya, Böyük Britaniya kimi ölkələrin aktyorları, aktrisaları və rejissorları artıq çəkilişlərdə iştirak ediblər. Yaxın günlərdə İtaliya və Türkiyədən də ulduzların Azərbaycana gəlişi gözlənilir.
Xatırladaq ki, layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski və Nadir Maçanovdur.
“Bakı, mən səni sevirəm” layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Artıq 8 filmin çəkilişləri yekunlaşıb.
APA