“Formula-1” yarışları zamanı metronun bəzi stansiyaları gecə saat 02:00-a qədər açıq olacaq
31.5.2016

İyunun 17-18-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışları zamanı metronun “İçərişəhər”, “Sahil”, “28 May” stansiyaları gecə saat 02:00-a qədər sərnişinlərin istifadəsi üçün açıq olacaq.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, digər stansiyalar 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq, ancaq metronun çıxış qapısı açıq qalacaq.

azertag.az