“Təhsil faktoru” adlı layihənin icrası davam etdirilir
1.6.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc insan hüquq müdafiəçiləri” İctimai Birliyi “Təhsil faktoru” adlı layihənin icrasını davam etdirir.

Birlikdən bildiriblər ki, layihənin məqsədi erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri barədə araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndiriməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına tövfə vermək, riskləri azaltmaqdır.

Layihənin may-iyul ayları ərzində Xaçmaz və Lənkəran rayonlarında keçirilməsi nəzərdə tutulub.

Xaçmaz rayonunda layihə çərçivəsində nəzərdə tutulmuş maarifləndirici təlimlər həyata keçirilib.

Təlimlər müddətində gənclərə erkən nikahların fəsadları haqqında məlumatlar verilib, onların gələcək həyatlarını daha sağlam qurmaları üçün təhsil faktorunun vacibliyi vurğulayıb.

Layihənin Lənkəran rayonunda da həyata keçirilməsi planlaşdırılıb.

azertag.az