Qardabani rayonunda Azərbaycan dilli məktəblilər arasında olimpiada keçirilib
1.6.2016

Gürcüstanın Azərbaycan Hüquqşünaslar Assosiasiyası (GAHA) bu ölkədə yaşayan azərbaycanlıları maarifləndirməkdə davam edir.

Assosiasiya Qardabani rayonunda Azərbaycan dilli məktəblərin şagirdləri arasında olimpiada keçirib.

Test tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmiş 8 şagirdə GAHA-nın sertifikatı və hədiyyələri təqdim olunub. Olimpiadanın bu mərhələsinin qalibi Nazarlı kənd məktəbinin şagirdi Aygün Ömərova olub.

İkinci və üçüncü yerlərin qalibləri Nazarlı kənd məktəbinin şagirdləri Süleyman Allahverdiyev və Həqiqət Yolçuyeva olublar.

Kosalı kənd orta məktəbin şagirdi Nuranə Yusubova 5-ci, Qardabani şəhər 3 nömrəli məktəbin şagirdi Sənan Yusubov isə 6-cı yerə layiq görülüblər.

GAHA-nın əsas məqsədi gənc nəslin vətəndaş və hüquqi təhsilə yiyələnmələrinə yardımçı olmaqdır. Gürcüstandakı bütün Azərbaycan dilli məktəblərin şagirdləri arasında bilik yarışması başa çatdıqdan sonra qaliblər arasında olimpiada təşkil olunacaq.

azertag.az