Nyu-Yorkun “Venus Over Manhattan” qalereyasından oğurlanmış akvarel poçt vasitəsilə geri qaytarılmışdır. S.Dali tərəfindən 1949-cu ildə çəkilmiş şəkil 2012-ci ildə açılmış qalereyanın ilk ekspozisiyalarına daxil idi.
Sərgi zalına daxil olan naməlum kişi mühafizəçidən onun şəklini çəkməyi xahiş etmişdir. Mühafizəçinin fikrinin yayınmasından istifadə edən oğru divardan şəkili götürərək qara paketə qoymuş və asanlıqla qalereyanı tərk etmişdir.
Növbəti həftənin əvvəlində isə qalereyaya akvarelin qaytarılması haqqında elektron məktub daxil olmuşdur. Avropadan poçtla göndərilən şəkili qaytaran şəxsin adı və ünvanı uydurulmuşdu.
Hələ ki, mütəxəssislər şəkilin saxta olub-olmadığı üzərində çalışırlar. Oğurluq hadisəsini araşdıran mühafizə orqanları belə mülahizə yürüdürlər ki, qaytarılan şəkilin surəti deyil, əslidir. Çünki 150 min dollar məbləğində qiymətləndirilən nadir incəsənət nümunəsinin oğurlanması barədə KİV-lərdə yayılmış xəbər onun həqiqi qiymətini qara bazarda xeyli aşağı salacaqdı.
AzərTAc