Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti bu gün Bakıda il ərzində göstərdiyi fəaliyyətinin yekunlarını açıqlayıb.
2015-ci ilin aprel ayından mobil tətbiqi istifadəyə verilməsindən sonra “Uber” Azərbaycan paytaxtının nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilib.
“Uber” tətbiqi yerli bazarda istifadəyə verildiyi dövrdən etibarən Bakıda bu tətbiqdən yarım milyondan artıq insan yararlanıb ki, bunlar həm Bakı sakinləri, həm də istirahətə və ya işgüzar səfərə gələn turistlərdir. Bu isə Azərbaycan paytaxtının hər dördüncü sakini deməkdir.
Bakının 60 mindən artıq sakini tətbiqi yükləyərək şəhər ərazisində sözügedən xidmətdən fəal istifadə edir. Misal üçün, Bakı Olimpiya Stadionu tam dolduqda, burada keçirilən futbol matçlarını və ya digər idman yarışlarını məhz bu qədər tamaşaçı izləməyə gəlir.
Tətbiq istismara verildiyi andan “Uber” istifadəçilərinin qət etdikləri məsafə bir milyon kilometrdən çox təşkil edib ki, bu da Yer kürəsindən Aya qədər olan məsafədən təxminən üç dəfə çoxdur.
Bu nəticələr “Uber”in şəhər ərazisində avtomobil ilə hərəkət etmək üçün ən əlçatan vasitəsinə çevrilməsi ilə əlaqədardır. Son aylar ərzində “Uber” Bakıda fəaliyyətinin effektivliyini artıra bilib və qiymətləri 20% endirib. İndi Bakıda “Uber”lə gediş tarifləri belə olacaq: avtomobilin ünvana çatdırılması - 0,55 AZN, hər kilometrə görə - 0,34 AZN və qət olunan məsafənin hər dəqiqəsinə görə - 0,02 AZN. Eyni zamanda hava limanına gediş də yeni müəyyən edilmiş tariflərlə hesablanır - 7 AZN və hava limanı ərazisinə daxil olmağa görə 1 AZN. “Uber” - Bakının elə yerlərindəndir ki, burada bank kartı ilə ödəniş etmək mümkündür.
Bakıda xidməti istifadəyə verdiyi andan “Uber” sistemdəki tərəfdaş sürücülərin sayını xeyli artırıb, bununla yanaşı, şirkət avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtını 8 dəqiqədən 5 dəqiqəyə azaldaraq istifadəçilərin etibarını qazanıb.
“Son bir neçə il ərzində Bakı şəhəri sürətlə inkişaf edib - müasir binalar və idman tikintilərdən başqa Azərbaycan paytaxtını yaşayış üçün daha rahat edən yeni texnoloji həllər meydana çıxır. “Uber” şəhərin yeni zahiri görünüşü ilə çox tez uzlaşaraq ictimai nəqliyyatın ayrılmaz hissəsinə və şəxsi avtomobilin real alternativinə çevrilib”, - deyə “Uber”in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax bildirib.
Bakıda “Uber” tətbiqindən əcnəbi qonaqlar, o cümlədən həm turistlər, həm də biznes-səyahətçilər faəl istifadə edir. Bu da öz növbəsində səfər üçün məşhur istiqamət kimi şəhərin cazibədarlığını artırır. Bakıda bu tətbiqdən dünyanın 40 ölkəsindən artıq olan nümayəndəsi yararlanır - Rusiya, Böyük Britaniya, ABŞ, BƏƏ, Fransa, Türkiyə, İsveçrə, Çexiya, Qətər, Polşa və s.
Qeyd edək ki, “Uber” - şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.
lent.az