Çində ilk bilərzik smartfon istehsal olunacaq
1.6.2016

Çinin “Moxi Group” şirkəti istifadəçilərin bilərzik kimi daşıyacağı smartfonu satışa çıxarmaq niyyətindədir.

“runews24.ru” saytının məlumatına görə, bu il ərzində şirkət 100 min ədəd cihaz satmağı planlaşdırır.

Əvvəlcə ağ-qara displeyli modellər çıxarılacaq. Sonra isə rəngli cihazlar satışa çıxarılacaq. Birinci versiya cihazın qiyməti 760 dollar təşkil edəcək.

“Moxi Group” elastik smartfon yaratmaq ideyasına malik olan ilk şirkət deyil. Ancaq bəzi mütəxəssislər iddia edir ki, bu cihazlar alıcılar arasında elə də böyük populyarlığa sahib olmayacaqlar.

lent.az