"Düşünürəm ki, yarış tamaşaçıların xoşuna gələcək. Bu yarışda maşınlar dünyada ən sürətli trasda 300 km/saat sürət yığa biləcək. Bu unudulmaz şou olacaq".
"eturbonews" xəbər verir ki, bu barədə "Formula-1" yarışlarının ikiqat dünya çempionu, Bakıdakı Avropa Qran-Prisinin səfiri Fernando Alonso deyib.
İspaniyalı pilot qeyd edib ki, Bakıdakı tras başqa traslara bənzəmir: "Burda ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dardır, burada ötmə əməliyyatı etmək mümkün deyil".
Qeyd edək ki Bakıdakı Avropa Qran-Prisi iyunun 17-19-da keçiriləcək.
report.az