Honkonqun “LAAB architects” şirkəti 30 kvadratmetr sahəyə malik superkompakt evin layihəsini təqdim edib.
“Arxinovosti” saytı bildirir ki, mənzil əsasən mətbəx, idman zalı, vanna otağı və ev kinoteatrından ibarətdir.
Memarların fikrincə, evdə artıq hesab olunan heç bir əşya yoxdur. Hər hansı əşya lazım olmazsa belə, onu “gizlətmək” mümkündür. Sakinlər istəklərinə görə, otaq aksessuarlarının yerini dəyişə də bilərlər.
Şəhərdə evlər çox baha olduğundan, bəzən sakinlər belə ucuz kompakt evlərdə yaşamağa üstünlük verirlər.
azertag.az