"Ginnesin Rekordlar Kitabı" Filippində tutulan timsahı dünyanın ən böyük timsahı elan edib.
"Ginnes"in sözcüsü Anna Luis Rouz ləqəbi "Lolong" olan duzlu su timsahının uzunluğunun 6 metr 17 santimetr, çəkisinin isə bir tondan çox olduğunu bildirib.
"Lolong" ötən ilin noyabr ayında Filippinin cənubundakı Aqusan del Sur əyalətinin Bunavan qəsəbəsində tutulub. Turistlərin marağına səbəb olan timsahın bir ara itməsi əhaliyə qorxu dolu anlar yaşatmışdı.
Trend