“Twitter” sosial şəbəkəsində interfeysin sadələşdirilməsi və istifadəçilərin cəlb olunması üçün yenidən bir sıra yeniliklər tətbiq olunacaq.
Sosial şəbəkədə “@” işarəsi itəcək. Bundan sonra istifadəçiləri nik adlarının qarşısında bu işarə olmayacaq.
Şirkət həmçinin dərc olunan tvitlərin maksimal həcmlərini də artırmaq niyyətindədir. Hazırda 140 işarədən ibarət tvit dərc etmək mümkündür.
Bundan öncə isə “Twitter” ulduz şəklində olan “seçilmişlər” düyməsini ürək formasında olan “Mən bəyənirəm” düyməsi ilə əvəz edib. Şirkətdən qeyd ediblər ki, işarələrin sayında linklərin və faylların mövcudluğu hesablanmayacaq.
faktxeber.com