May ayında sığortaçılar tərəfindən 733 "Yaşıl kart" müqaviləsi bağlanılıb
1.6.2016

May ayında "Yaşıl kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 733 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan bildiriblər ki, bu müqavilələrdən 680-ni Türkiyə və İrana, 51-i "Yaşıl kart" Sisteminə daxil olan bütün ölkələrə, 2-si isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Mayda beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 87 min 080 manat təşkil edib.

"Yaşıl kart" üzrə bağlanılan müqavilələrin 520-si minik, 106-sı yük, 97-si qoşqu, 6-sı avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

azertag.az