Günün qoroskopu: dürüst yolu seçin
2.6.2016

Qoç - əgər məqsəd və vəzifələrinizi aydınlaşdıra bilsəniz, gün böyük itkilərsiz keçəcək. Əslində sizə lazım olmayan şeyləri əldə etmək üçün xeyli güc sərfetmə ehtimalınız var. Digər çətin məqam sizin hələ bilmədiyiniz yeni işlərin ortaya çıxa biləcəyi ilə bağlıdır. Təlaşlanmayın, bir qədər sonra hər şey aydınlaşacaq.

Buğa - həddindən artıq işləməmək vacibdir. Çünki həyat potensialı aşağıdır və böyük yük əhvalınıza pis təsir göstərə bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq, xüsusilə, yeni marşrutlar üzrə hərəkət etmək məsləhət görülmür. Bu gün həmişəkindən çox yorulacaqsınız və diqqətiniz tez yayınacaq.

Əkizlər - uzun müddət xatırlayacağınız yaxşı gündür. Bu gün yeni imkanlar açılacaq və uzağa gedən planlar qurmaq imkanınız olacaq. İndi qəbul etdiyiniz qərarlar bir neçə ay ərzində həyatınıza təsir göstərəcək. İstənilən danışıqlar çox uğurlu keçəcək. Yeni iş və ya müştəri axtarmağınızdan asılı olmayaraq, tapıntılarınız uğurlu olacaq.

Xərçəng - günün emosional fonu rahatdır. Özünüzü çox rahat və yüngül hiss edəcək, şəraitə tez uyğunlaşacaqsınız. Əgər yorulsanız, bu, bir neçə dəqiqə çəkəcək. Bu gündən maraqlı tanışlıqlara başlamaq üçün istifadə etmək olar.

Şir - sevgili Şirlər üçün gün, səbəbini sonadək başa düşə bilməyəcəkləri hisslərlə yadda qalacaq: qeyri-müəyyən şübhələr, əsassız həyəcan xoşbəxtlik üfüqünə kölgə salacaq. Fantaziyaya sərbəstlik verməyin. Əks təqdirdə, milçək filə çevriləcək.

Qız - bu gün sizin gününüz deyil. İtkiləri minimuma endirmək olarmı? Bəli! Amma bunun üçün ehtiyatlılıq nümayiş etdirmək lazımdır. İstənilən məsələni iki dəfə düşünün, problemlərin bir yox, bir neçə həllini tapmağa çalışın. Bu gün bir neçə dəfə yolayrıcında qalmalı və hansı yolun uğura, hansının uğursuzluğa apardığını seçməli olacaqsınız.

Tərəzi - günü yaddaqalan heçab etmək olmaz. O, hiss olunmadan keçəcək və yalnız yüngül yorğunluq yaradacaq. Lakin sonralar baş verənləri təhlil etmək üçün bu günə çox qayıtmalı olacaqsınız. Əgər bu gün nəsə diqqətinizi cəlb edirsə, onu diqqətlə nəzərdən keçirin. Çox güman ki, tale sizə işarə verir.

Əqrəb - artıq səhər tezdən anlayacaqsınız ki, bu gün görkəmli hadisələr və başgicəlləndirici uğurlarla zəngin olmayacaq. Ona görə də hansısa əhəmiyyətli işə girişmək məsləhət deyil. Xırda qələbələr isə mümkündür. Üstəlik, belə qələbələrin sayının çox olacağını gözləməyə dəyər.

Oxatan - şəxsi həyatınızda işlər istədiyiniz kimi getməyəcək. Lakin nəyin niyə baş verdiyini, baş verənlərin nə ilə nəticələnə biləcəyini anlayacaqsınız. İndi siz yalnız qərarlar qəbul etməyə yox, həm də qərarlarınıza görə məsuliyyət daşımağa hazırsınız.

Oğlaq - xoşagəlməz adamlar həyatınıza müdaxilə etməyə çalışacaqlar. Özünüzü və yaxınlarınızı onların təsirindən qorumaq çox çətin olacaq. Tanışlıqlar üçün əlverişsiz gündür. Xoş təəssürat yaratmaq da, taleyin sizi birləşdirdiyi insanı dəyərləndirmək də çətin olacaq.

Dolça - ehtiyatlılıq və tələbkarlıq tələb edən gündür. Hədəfə çatmaq üçün bütün vasitələr yaxşı deyil. Həm hiyləgərlik etmək, həm də başqalarının hiylələrini ifşa etmək məqbul deyil. İntriqalar sizin üsulunuz deyil. Lakin bütün yorğunluqlara rəğmən qızğın işləmək lazımi nəticəni əldə etməyə imkan verəcək.

Balıqlar - insanlarda, o cümlədən, əvvəllər hansısa səbəblərdən sizi bəyənməyənlərlə çox xoş təəssürat yaradacaqsınız. Bundan ətrafdakılarla münasibətlərdə yararlanın.

milli.az