“Musiqi fidanları” adlı konsert proqramı təqdim edilib
2.6.2016

İyunun 1-də Niyazinin mənzil muzeyində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Musiqili fidanlar” adlı konsert təşkil olunub.

Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söhbət açılıb.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin tələbələrinin ifasında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunub.

azertag.az