İyunun 1-də Azərbaycan Xalça Muzeyində açıq səma altında “Bu günün qönçələri, sabahın çiçəkləri” adlı tədbir təşkil olunub.
Tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Əvvəlcə qonaqlar azyaşlı balaların əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin müdiri Azər Abdullayev çıxış edərək dövlətimizin uşaqlara və gənclərə göstərdiyi qayğıdan söz açıb.
Sonra tədbir balaca istedadlı ifaçıların repertuarında konsert proqramı ilə davam edib.
azertag.az