Baronessa Nikolson: “Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr güclüdür”
2.6.2016

Burada olduğum müddətdə bir sıra Britaniya şirkətləri ilə, o cümlədən BP şirkətinin rəsmiləri ilə görüşdüm. İnanıram ki, burada daha çox Böyük Britaniya şirkətləri fəaliyyət göstərəcək".

Bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson deyib.

O bildirib ki, Britaniya şirkətləri burada işləməkdən məmnun olduqlarını bildiriblər: "Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr güclüdür. İki ölkə arasında ticarət dövriyyəsi çox yaxşı səviyyədədir. Burada Birləşmiş Krallığın 400 şirkət fəaliyyət göstərir. Onların arasında ən böyük sərmayəçi BP-dir. Əsas məqsədimiz odur ki, iki ölkə arasında ticarət dövriyyəsini bir neçə dəfə artıraq. Azərbaycan prezidenti bu günkü görüşdə o inkişafını arzuladığı sahələrdən biri kimi turizmin adını çəkdi. Britaniya bu gün turizm sahəsində çox inkişaf edib. Düşünürəm ki, əlaqələrimizin inkişafı Azərbaycanda turizmin inkişafına təkan verəcək".

apa.az