Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilib.
Müəyyən edilib ki, sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində nəzərdə tutulmuş xərclər hesabına ödənilir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
APA