Azər Türk Bankdan “Səyahət həyəcanı”
2.6.2016

Azər Türk Bank yeni - "Səyahət həyəcanı" kampaniyasına start verdi.

Bankdan verilən məlumata görə, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması üçün təşkil olunan kampaniya 01 iyun-15 avqust 2016-cı il tarixləri arasında keçiriləcək.

"Səyahət həyəcanı" kampaniyası çərçivəsində Azər Türk Bankın ödəniş kartları vasitəsilə ən aktiv ödənişlər edən müştərilər arasından 3 nəfər qalib müəyyən olunacaq. Qaliblərin seçimi zamanı əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınacaq. "Səyahət həyəcanı"nın qalibi olmuş müştərilər xaricdə bir həftəlik istirahət imkanı qazanacaqlar.

Kampaniya barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

trend