Musiqili Teatrın həftəsonu repertuarı
2.6.2016

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, iyunun 3, 4 və 5-də sənət ocağı tamaşasevərlərə “Qafqazlı qardaşqızı”, “Talelər qovuşanda”, “Amerikalı kürəkən” və “Mən dəyərəm min cavana” səhnə əsərlərini təqdim edəcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində teatrın sevimli aktyorlarını görə biləcək.

Qeyd edək ki, həmişə olduğu kimi bu dəfə də rusdilli tamaşaçılarını unutmayan teatr iyunun 3-də korifey bəstəkar, Xalq Artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” iki hissəli operettasını rus dilində yeni quruluşda 10-cu dəfə səhnəyə qoyacaq.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Tamaşalar saat 12.00 və 19.00-da nümayiş olunacaq.

azertag.az