ABŞ-ın texnologiya nəhəngi “Apple” korporasiyası “iPhone” smartfonlarını üç ildə bir dəfə yeniləmək niyyətindədir.
“svopi.ru” saytının məlumatına görə, hazırda “alma” cihazları iki ildə bir dəfə yenilənir.
“Apple” korporasiyasının məlum qərarı onunla bağlıdır ki, “iPhone” smarfonlarının hazırkı versiyaları artıq müxtəlif funksiyalarla təchiz edilib və bu cihazları əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq çətinləşib.
Bundan başqa, smartfon bazarı azalmağa başlayıb və bu səbəbdən amerikalılar “iPhone”u gec-gec yeniləyəcəklər. Artıq KİV-də “Apple” korporasiyasının istehsalı olan yeni “iPhone 7” flaqmanı barəsində çox yazılıb.
Son məlumatlara görə, cihaz bu ilin sentyabr ayında ictimaiyyətə təqdim olunacaq. Bu cihaz yeni fərqli rəngi və aparıcı audio sistemi ilə təchiz olunacaq. Cihaz 4 dinamikə malik olacaq.
lent.az